"Qarabağ"ın istədiyi futbolçu millidə qol vurdu

"Qarabağ"ın istədiyi futbolçu millidə qol vurdu
11:22 12 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Afrika Millətlər Kuboku-2019-un seçmə mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycana köçmək variantı olan Tokelo Rantienin komandası Cənubi Afrika Respublikası (CAR) yığması səfərdə Nigeriya ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. CAR-ın qollarından birinə Rantie imza atıb. O, 54-cü dəqiqədə vurduğu qolla hesabı açıb.
 
81-ci dəqiqədə Persi Taunun qolu matçda yekun hesabı müəyyənləşdirib.
 
Qeyd edək ki, E qrupunda yer alan CAR millisi Nigeriya ilə yanaşı, Liviya və Seyşel adaları yığmasi ilə mübarizə aparır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR