ABŞ Konqresi rusları cəzalandırmağa hazırlaşır

ABŞ Konqresi rusları cəzalandırmağa hazırlaşır
11:23 12 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzrə növbəti qanun layihəsini qəbul etməyə hazırlaşır.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda “CBS News” telekanalında ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem deyib.

Onun sözlərinə görə, sənədə artıq bu həftə Konqresdə baxacaqlar. Senator qeyd edib ki, sənəddə rusların həm ABŞ-da, həm də bütün dünyada siyasi proseslərə müdaxiləsinə görə cəzalandırılmasından danışılır.

“İnkaredilməz sübutlar var ki, Rusiya ABŞ və xaricdə demokratiyanı dağıtmağa çalışır”, - Qrem bildirib.

Senator əlavə edib ki, əgər prezident Tramp bu sənədi imzalamaqdan imtina edəcəksə, deməli o, “demokratiyanı satacaq”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR