Türkiyə ilə Aİ arasında gömrük sazişinin yenilənməsi barədə danışıqlar başlayır (ÖZƏL)

Türkiyə ilə Aİ arasında gömrük sazişinin yenilənməsi barədə danışıqlar başlayır (ÖZƏL)
11:29 12 İyun 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında gömrük sazişinin yenilənməsi barədə danışıqlar başlayır.

Bu barədə Trend-ə Türkiyənin Gömrük və Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, tərəflər arasında danışıqlar iyunun 13-ü Brüsseldə başlayacaq.

Nazirlikdən bildirilib ki, gömrük sazişinin yenilənməsi Türkiyə ilə Aİ arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək.

Qeyd edək ki, Türkiyə Aİ-yə daxil olmadan onunla gömrük ittifaqına qoşulan yeganə ölkədir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2765494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR