Sınaq imtahanının doğru cavabları açıqlandı

Sınaq imtahanının doğru cavabları açıqlandı
11:32 12 İyun 2017
225 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 11-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə http://tqdk.gov.az/exam/pretest/ saytından tanış olmaq olar.

Qeyd edilib ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR