“Standard & Poor's” “Kapital Bank”ın reytinqini təsdiqləyib

“Standard & Poor's” “Kapital Bank”ın reytinqini təsdiqləyib
11:37 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ “Standard & Poor's” - Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Kapital Bank” ASC-nin reytinqini “BB-/B” səviyyəsində təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
“Agentliyin mütəxəssisləri öz hesabatlarında, “Kapital Bank”ın növbəti 12-18 ay ərzində biznes mövqeyini möhkəmləndirəcəyini proqnozlaşdırırlar. Hesabatda Bankın ölkə bankları arasında daha dayanıqlı və etibarlı olması da qeyd edilib. “Kapital Bank” struktur dəyişiklikləri sayəsində kredit sahəsini və rəqabətə davamlığını artırıb, daha yüksək reytinqlərə iddialıdır. Həmçinin qeyd olunub ki, ölkənin kredit bazarının 8,1%-i, əmanətlərin isə 15,8%-i məhz “Kapital Bank”ın payına düşür. Hazırda ölkənin maliyyə bazarında olan mövcud durumu nəzərə alaraq, bankın reytinqinin əvvəlki səviyyədə saxlanılması, bizim üçün olduqca əhəmiyyətlidir”, - deyə, “Kapital Bank”dan bildiriblər.
Qeyd edək ki, “Kapital Bank” maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2016-cı ilin uğurlu yekunlarında əks etdirib. Bankın aktivləri il ərzində 53,3% artaraq 3,1 mlrd. manat, müştərilərə verilən kreditlər 9,1% artaraq 1,3 mlrd. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 30% artaraq 593,6 mln. manat olub. Bankın xalis mənfəəti 52,4 mln. manat, nizamnamə kapitalı 185,8 mln. manat, məcmu kapitalı 282,1 mln. manat təşkil edib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/standard-poor-s-kapital-bank-in-reytinqini-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR