Azərbaycanda daha 206 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azərbaycanda daha 206 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
11:37 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 11-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.
Komitədən “Report”a verilən məlumata görə, hərraca 20-si səhmdar cəmiyyəti, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili olmaqla ümumilikdə 206 əmlak çıxarılıb.
Hərracda iştirak edən əmlakların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq olar: http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1943
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Qaradağ, Nərimanov, Sabunçu və digər rayonlarında, həmçinin Lənkəran, Astara, Şamaxı, Oğuz, Göygöl və digər şəhər, rayonlarda yerləşir.
Hərracda ən yüksək qiymət paytaxtın Nəsimi rayonunda yerləşən və ümumi faydalı sahəsi 255.5 kv.m, torpaq sahəsi isə 474.8 kv.m olan qeyri-yaşayış obyektinə təyin olunub. Adıçəkilən əmlak 312 min manata təklif olunur. Səbail rayonunda yerləşən qeyri-yaşayış obyekti 225 min manat, Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq isə 216 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçik obyektləri sırasında Qoxmuq istirahət zonası, mağazalar, yanacaqdoldurma məntəqələri, yeməkxanalar, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi əmlaklar var.
Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Tərtər Konserv”, “Sumqayıt Kimya Tikinti”, “Kürdəmir Kəndkimya Təchizat”, “Salyan Reproduktor Quşçuluq”, “Azərmetalinvest”, “Azinterservis” kimi müəssisələr var.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-daha-206-dovlet-emlaki-ozellesdirmeye-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR