Arda Turan Türkiyə millisi ilə bağlı son qərarını açıqlayıb.

Metbuat.az-ın məlumatına əsasən, oyunçu açıqlamasında bildirib ki, artıq geri qayitmayacaq. Jurnalistlərin " Fatih Terim gedərsə, geri qayıdarsınızmı?" sualına cavab olaraq, "Fatih Terim millidən ayrılsa belə, qərarım dəyişməyəcək" - deyə Arda Turan qeyd edib. O, əlavə olaraq, "Mənim millim üçün edəcəyim heç nə qalmayıb artıq" - fikirlərini bildirib.

Qeyd edək k, Arda Turan jurnalistə etdiyi təhqirə görə Fatih Terim tərəfindən Türkiyə millisindən uzaqlaşdırılıb.

Sərdar Məmmədov /Metbuat.az