Bakıda möcüzə: 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı, zədə almadı

Bakıda möcüzə: 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı, zədə almadı
11:57 12 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayon Sahil qəsəbə B.Əliyev küçəsin dəki 9 mərtəbəli binada baş verib. 2015-ci il təvəllüdlü Əli Hüseynli yaşadığı altıncı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib və yüngül xəsarətlər alıb.

Azyaşlı daha sonra xəstəxanaya aparılıb və ciddi zədə almadığından evə buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR