Marketlərdə içməli su qıtlığı yarandı

Marketlərdə içməli su qıtlığı yarandı
12:05 12 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Son üç gün ərzində yaranmış ajiotaj mağazalarda içməli suya olan tələbatı fantastik dərəcədə artırıb.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, əksər mağazalarda içməli su tapmaq müşkül məsələyə çevrilib. Elə sosial şəbəkələrdə də hansı suyun daha məsləhətli olması mövzusunda qızğın müzakirələr gedir. Bu şəraitin suyun qiymətinə təsirsiz ötüşməyəcəyi də gözlənilir. "Azərsu"nun dəfələrlə evlərimizə gələn içməli suda heç bir problem olmadığı bəyanatı isə, hələ ki, insanlardakı qorxu qarşısında acizdir.

Qeyd edək ki, bir neçə gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR