"Əmimin cibindən qəpik oğurlamışdım"

"Əmimin cibindən qəpik oğurlamışdım"
12:12 12 İyun 2017
63 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Vasif Məhərrəmli uşaqlığı ilə bağlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "10-dan sonra" verilişində uşaqlıqda əmisinin cibindən pul oğurladığını deyib:

"4-5 yaşımda əmim bizdə idi. Onun cibində qəpiklər var idi, onları götürdüm. Maddi durumumuz pis idi, yəqin ona görə götürmüşəm. Mən anama dedim ki, əmimin cibindən pul götürmüşəm. O da atama deyib. Atam axşam evə gələndə mənə bir sillə vurdu ki, gözlərimdə qığılcımlar parladı. Özü də, stulda oturmuşdum, oradan yıxıldım. Ondan sonra mən həyatım boyunca əlimi heç bir haram tikəyə atmamışam. Oğurluq çox pis şeydir".

Müğənni ona təxribat quran həmkarlarından da danışıb:

"Mənə toyla bağlı zəng edəndə xoşlamadığım adamın belə telefon nömrəsini dərhal verirəm. Qulağıma çatır ki, bəziləri mənimlə bağlı zəng edənləri başqa istiqamətə çəkir. Ruzini insana Allah yetirir. Bunu dərk eləsələr, belə işlər görməzlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/553477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR