Maaş kartları ilə gediş haqqını ödəmək olacaq

Maaş kartları ilə gediş haqqını ödəmək olacaq
12:12 12 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Əməkhaqqı kartlarını ictimai nəqliyyatda gediş haqqının ödənişi üçün istifadə etmək mümkün olacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu yenilik nəqliyyat sisteminin texniki və texnoloji inkişafının vacib istiqamətlərindəndir.

M.Ağayev qeyd edib ki, bu layihənin icra müddəti barədə danışmaq hələ tezdir.

Şöbə müdiri bu sahədə başqa yeniliklərin də olduğunu deyib. "BakıKart"ın onlayn yüklənməsi də yeniliklər arasındadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR