Azərbaycan güləşçiləri Qızıl Qran Pridə 4 medal qazanıblar

Azərbaycan güləşçiləri Qızıl Qran Pridə 4 medal qazanıblar
12:12 12 İyun 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçiləri Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turnirində 4 medal qazanıblar.
"Report"un məlumatına görə, medallardan 2-si qızıl, 1-i gümüş, 1-i bürünc əyarlı olub. Qalib Əliyev (61 kq) və Aleksandr Qostiyev (86 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. Hər üç güləşçi finalda yerli pəhləvanlarla qarşılaşıb.
Bürünc medalı isə 65 kq çəkidə yarışan Coşqun Əzimov əldə edib. Həlledici görüşdə o, komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.
Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-gulescileri-qizil-qran-pride-4-medal-qazaniblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR