İmsaka qalxıb yenidən yatanlar, DİQQƏT!

Mütəxəssis nevroloq Əhməd Sarıalp Ramazan ayı boyunca yuxu rejimi ilə bağlı diqqət etməli olduğunuz məqamları açıqlayıb.

Metbuat.az xəbər verir ki, həkim nevroloq Ramazan ayında oruc tutan adamın yuxu rejimində bəzi dəyişikliklərin baş verdiyini deyib. “İmsakdan sonra yatmayın. İmsakdan sonra yatıb təzədən qalxdıqda bütün ritm pozulmuş olur. Gecə yuxusunda ortaya çıxan dəyişikliklər səbəbi ilə insanlar səhərləri yorğun oyanır. Yuxu həyatın ritminə təsir edir”.

Həkim oruc tutanlara xəbərdarlıq edib:

“İmsakdan sonra yatmağa meyilli olmayın. Xəfif və az yağlı yeməklər yeyin. Yatmazdan əvvəl bir saat istirahət edin. İftardan sonra çay, qəhvə və siqaretdən qaçmaq lazımdır. Xüsusilə, bitki çayları istehlak etmək məsləhətdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR