​“Maaş kartı ilə ödəmə olacağı deyilməyib”

Bu gün xəbər saytlarında yayılan “Əməkhaqqı kartlarını ictimai nəqliyyatda gediş haqqının ödənişi üçün istifadə etmək mümkün olacaq” xəbəri yalan çıxdı.

Bu barədə Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirdi ki, maaş kartı ilə ödəmə olacağı deyilməyib. “BakıKart”lara onlayn yükləmə olacağı barədə məlumat verilib. Bu proses də gələcəkdə mümkün olacaq. Tarixi hələ ki bəlli deyil.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR