GUAM-ın baş katibi ATƏT-i münaqişələrin həllində daha fəal olmağa çağırıb

GUAM-ın baş katibi ATƏT-i münaqişələrin həllində daha fəal olmağa çağırıb
12:32 12 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Demokratiya və İqtisadi İnkişaf Təşkilatının - GUAM-ın baş katibi Altay Əfəndiyev ATƏT-i münaqişələrin həllinə daha fəal və məqsədyönlü töhfə verməyə çağırıb.
"Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə A.Əfəndiyev ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxış edərkən bildirib.
Çıxışı zamanı baş katib silahlı münaqişələr nəticəsində GUAM-a üzv dövlətlərdə və bütövlükdə regionda gərginliyin artdığını və vəziyyətin pisləşdiyini ATƏT-in üzvü olan dövlətlərin nümayəndələrinin diqqətinə çatdırıb.
Qeyd edilib ki, bu münaqişələr nəinki ölkələrin normal inkişafına və demokratik islahatların aparılmasına mane olur, həm də Avropa və beynəlxalq təhlükəsizlik və sabitlik üçün ciddi təhlükə yaradır.
Baş katib təşkilat ərazisində mövcud münaqişələrin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri və GUAM-a üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin bərpası əsasında həll edilməli olduğunu vurğulayıb.
Bunun qarşılığında çıxış edən Malta (Aİ-nin sədri kimi), Gürcüstan, ABŞ, Türkiyə, Ukrayna, Moldova, Azərbaycan nümayəndələri GUAM baş katibinin ATƏT-in Daimi Şurasındakı çıxışını alqışlayıblar və GUAM-ın təşəbbüslərini dəstəklədiklərini və əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/guam-in-bas-katibi-atet-i-munaqiselerin-hellinde-daha-feal-olmaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR