Millimizin hücumçusu Superliqa klubu ilə anlaşdı

Millimizin hücumçusu Superliqa klubu ilə anlaşdı
12:32 12 İyun 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz karyerasını Türkiyədə davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Bursaspor"un oyunçusu Superliqanın digər klubuna keçməyə hazırlaşır.

Belə ki, Bursa klubunda əsas komandadan uzaqlaşdırılan və transferə çıxarılan 29 yaşlı forvard "Osmanlıspor"un formasını geyinməyə yaxındı. Paytaxt təmsilçisinin baş məşqçisi Hamza Hamzaoğlu "Bursaspor"dan tanıdığı yetirməsini yenidən ixtiyarında görməkdə israrlıdı.
 
Onun tələbindən sonra danışıqlara başlayan "Osmanlıspor" rəhbərliyi Dənizlə artıq anlaşıb. İndi qalır "Bursaspor"u bu keçidə razı salmaq. "Ağ-yaşıllar" müqavilə müddətinin sonuna 2 il qalan oyunçunun keçidinin əleyhinə deyil. Lakin bursalılar onu havayı yola salmaq niyyətində deyillər.
 
Hər iki klub transferin baş tutmasında maraqlı olduğundan, millimizin forvardının yaxın günlərdə "Osmanlıspor"a keçidi gözlənilir.

Qeyd edək ki, Dəniz Yılmaz "Bursaspor"a ötən il "Trabzonspor"dan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR