Azərbaycan BMT-nin Dəniz hüququ konvensiyasının iştirakçı dövlətlərin iclasında iştirak edir

Azərbaycan BMT-nin Dəniz hüququ konvensiyasının iştirakçı dövlətlərin iclasında iştirak edir
12:36 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Dəniz hüququ haqqında konvensiyasının iştirakçı dövlətlərinin 27-ci iclası öz işinə başlayıb.

Dövlət Dəniz Administrasiyasının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iclas iyunun 16-dək davam edəcək. Mötəbər tədbirdə Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İclasda Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın 7 üzvü, Kontinental Şelf Limitləri üzrə Komissiyanın 21 üzvü seçiləcək, xarici auditorun 2015-2016 cı illər üzrə maliyyə hesabatı, büdcə məsələlərinə dair 2015-2016 cı illər üçün maliyyə hesabatı, etimadnamə komitəsinin hesabatı, Kontinental Şelf Limitləri üzrə Baş katibin hesabatı dinləniləcək, rəsmi sənədlərə dair BMT-nin siyasəti, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın büdcə məsələləri, katiblik tərəfindən digər məsələlər üzrə məlumatlar, iştirakçı dövlətlərin 26-cı iclasının qərarı əsasında daimi dəvət olunan Hökumətlərarası təşklatların siyahısı, BMT-nin okeanlarla iş və Dəniz Hüququ Sektorunun idarə etdiyi etibarlı fondlar və təqaüd proqramları müzakirə olunacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2765553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR