Bu il birinci sinfə nə qədər uşaq qəbul olacaq?

Bu il birinci sinfə nə qədər uşaq qəbul olacaq?
12:38 12 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi üzrə göstərici 55 faizdir.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatəsinin 90 faizə çatdırılması strateji hədəf kimi irəli sürülüb.

2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir. 2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/202265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR