Həmsədrlər Qarabağa gəldi: separatçı ilə aparılan MÜZAKİRƏ - FOTO

Həmsədrlər Qarabağa gəldi: separatçı ilə aparılan MÜZAKİRƏ - FOTO
12:43 12 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.

Publika.az
“news.am”-a istinadən xəbər verir ki, həmsədrlər işğal edilmiş ərazilərdə yaradılmış qondarma “DQR”-in “prezidenti” Bako Saakyanla görüşüb.

Görüşün məqsədi münaqişə zonasındakı vəziyyəti öyrənməkdir. Görüşlə bağlı yayılmış foto diqqət çəkib. Belə ki, fotoda qondarma “DQR”-in “bayrağının” asıldığı görünür. Buna heç bir etiraz etməyən həmsədrlər separatçı Bako Saakyanla üz-üzə əyləşib müzakirələr aparıblar.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/202267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR