Bakıda “Əziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfrans keçirilir

Bakıda “Əziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfrans keçirilir
12:47 12 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Əziz Sancara həsr edilən “Əziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfrans keçirilir.
"Report" xəbər verir ki, tədbirdə böyük alimin həyat və yaradıcılığına nəzər salınıb.
UNEC-in rektoru Ədalət Muradov bildirib ki, alim Bakıya təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə gəlib: "O, kimyaçı alim kimi yox, bir Türkiyə vətəndaşı olaraq Azərbaycana gəlib. Bu gün UNEC-in tarixində ən yaddaqalan gündür. Ə.Sancarın Türkiyə vətəndaşı olaraq Nobel mükafatı alması bizi ikiqat sevindirdi. Hazırda Azərbaycan elmində çox böyük irəliləyişlər baş verir. Onun dərin təcrübəsindən faydalanmaq üçün təhsil naziri Mikayıl Cabbarov bizim üçün çox böyük imkan yaradıb. Alim iyunun 14-də "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli mövzusunda" keçiriləcək beynəlxalq elmi-praktiki konfransda da çıxış edəcək".
Tədbirin davamında Əziz Sancarın Azərbaycan elm ictimaiyyəti qarşısında geniş nitqi dinləniləcək.
Konfrans çərçivəsində Azərbaycan dilində nəşr edilən “Əziz Sancarın Nobel bioqrafiyası” adlı kitabın təqdimatı da olacaq.
Qeyd edək ki, Əziz Sancar 1946-cı ildə Mardinin Savur kəndində dünyaya gəlib. 8 uşaqlı ailənin dördüncü övladıdır. Mardində orta təhsilini başa vurduqdan sonra İstanbul Tibb Universitetinə daxil olub. Tibb fakültəsini yüksək qiymətlərlə başa vuran Sancar iki il Savurda həkim işləyib. Daha sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedib. Dallasda Texsas Universitetinin doktoranturasını 1977-ci ildə molekulyar biologiya ixtisası üzrə başa vurub, doktorluq işini isə Yale Universitetində DNA üzrə müdafiə edib. 1982-ci ildə Amerikanın tanınmış elmi mərkəzlərindən olan UNC Chapek Hill-də biokimya və biofizika üzrə çalışmağa başlayıb, DNA, hüceyrə düzülüşü, xərçəngin müalicəsi və bioloji saat üzrə ciddi elmi araşdırmalar aparıb. Çalışdığı sahə üzə 400-ə yaxın elmi məqalə, 33 kitab yazıb.
Uğurlu elmi fəaliyyətinə görə ABŞ-ın Beynəlxalq Elmlər Akademiyasının, Amerika İncəsənət və Elm Akademiyasının, Türk Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Vehbi Koç Vəqfinin mükafatını alıb. Xaricdəki elmi araşdırmalarına görə Amerika Beynəlxalq Elmlər Akademiyasına üzv qəbul edilən 3 türk alimdən biridir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakida-eziz-sancar-bir-elm-fedaisinin-heyat-hekayesi-adli-konfrans-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR