Bu şəxs qadınları döyüb qarət edirmiş

Bakıda qadınları döyərək qarət edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Zirə qəsəbəsi ərazisində qəsəbə sakini Mehin Zeynalovanı, iyunun 9-da isə digər qəsəbə sakini Nəzrin Hüseynovanı xuliqanlıq zəminində döyməkdə şübhəli bilinən Bakı şəhər sakini Şöhrət Məmmədov tutulub.

Araşdırma zamanı onun həmin qadınların çantalarını soyğunçuluq yolu ilə almağa cəhd göstərməsi müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR