ANAMA-dan yeni məlumat

May ayı ərzində 1 633 964 m2 ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 404 ədəd PHS, 81 ədəd tank əleyhinə və 16 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilir ki, əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 136 nəfər inzibati heyət iştirak edib. Həmçinin, əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 402 398 761 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 761 889-dur.

May ayı ərzində mina və partlamamış hərbi sursatların tapılması üzrə 102 Xidməti Zəng Mərkəzindən 2 müraciət və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 6 müraciət daxil olub. May ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Gəncə, Tərtər, Qəbələ, Mingəçevir, Siyəzən rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Ötən ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR