Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçirilib

Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçirilib
12:57 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Tbilisi. 12 iyun.REPORT.AZ/ Bu gün Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının novbəti iclası keçirilib.
"Report"un Gurcüstan burosu xəbər verir ki, iclasda əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, yol uzrə aparılan tikinti, bərpa və yenidənqurma işləri müzakirə olunub.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini, koordinasiya şurasinın həmsədri Qeorqi Çerkezişvili tədbiri açaraq ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, BTQ dəmir yolu və digər regional layihələrin münasibətlərimizin inkişafında mühüm rol oynadigını bildirib.
Azərbaycan Dəmir Yollari QSC-nin sədri, koordinasiya şurasının həmsədri Cavid Qurbanov bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdirdığı Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşilaşmasina xidmət edir. İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, butövlükdə Avropanın inkişafında, Avropa ilə asiyanın birləşməsində muhum rol oynayacaq.
Sonra iclasda BTQ-nin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsinində gedən reabilitasiya, yenidənqurma və yolun tikintisi, "Marabda-Kartsaxi" dəmir yolunun 2017-ci il üçün budcəsi, Marabda-Turkiyə dəmir yol üzrə yeni bərpa və yenidənqurma işləri üzrə müqaviləyə dəyişikliklərin olunması, Zalqa-Axalkalaki keçid məntəqəsinin vəziyyəti, Axalkalaki-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələr müzakirə olunub. İclasda, həmçinin, koordinasiya şurasının 24-cü iclasının qərarlarının icrası və digər məsələlərə də baxılıb.
İclasda Azərbaycan tərəfindən Xarici İşlər nazirirninüavini Xələf Xələfov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Neft Fondunun layihələr şöbəsinin mudiri Rəhim Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/tbiliside-btq-demir-yolu-layihesi-uzre-koordinasiya-surasinin-novbeti-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR