Arıqlamaq üçün lazımsız pəhrizə ehtiyac yoxdur

Arıqlamaq istəyənlər üçün ən sadə üsul qoz suyu qarışığıdır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, qoz suyu qarışığı olduqca zəhmətsiz və iki məhsulla hazırlanan qarışıqdır. Bu qarışıq bədəninizdəki yağların sürətlə yanmasını təmin edərək toxluq hissi yaradır. Nəticədə, aclıq çəkmədən çəki atırsınız. Qarışığı hazırlamaq üçün bir bütöv qoz ləpəsi və bir stəkan otaq temperaturunda suya ehtiyacınız var. Qozun içində yer alan vitamin və mineralların suya qarışması üçün qoz suyunu axşamdan hazırlayıb saxlamaq lazımdır. Səhər oyandığınızda ac qarına qoz suyunu için. Qozu yeyin.

Qarışığın faydaları nələrdir?

Tərkibindəki omeqa - 3 yağ turşuları sinir sistemini qoruyur.

Qaraciyəri qoruyub hormonları nizamlayır.

Detoks təsiri ilə bədəni təmizləyir.

Saç və dırnaq sağlamlığı üçün vacibdir.

Qırışıqlıqları aradan qaldırır, dərini cavanlaşdırır.

İdmanla məşğul olanların əzələ yığmasına kömək edir.

Xərçəngə qarşı qoruyucu və yaxşılaşdırıcı təsiri var.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR