Qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənəcək

Qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənəcək
13:19 12 İyun 2017
37 Digər
Ölkə mətbuatı
A- A+

Son 13 il ərzində Azərbaycanda məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2016-2017-ci tədris ilində ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib.

101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 17 təhsil müəssisəsində təmir-tikinti işləri davam edir. 2017-2018-ci tədris ilinə qədər Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 7 təhsil müəssisəsində təmir-tikinti işlərinin başa çatdırılması nəzərdə tutulub.

Bundan başqa, ölkədə ilk dəfə olaraq 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblər modul tipli məktəblərlə əvəzlənir. Qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı ilk pilot layihə çərçivəsində Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq təhvil verilib. Həmçinin 2017-2018-ci illərdə 232 modul tipli məktəbin quraşdırılması planlaşdırılıb. Cari ilin sonuna qədər 100 məktəb təhvil veriləcək. Hazırda 25 rayonda 41 məktəbin quraşdırılmasına başlanılıb.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR