BƏƏ-nin xahişi ilə qətərli hakimlər oyundan kənarlaşdırılıb

BƏƏ-nin xahişi ilə qətərli hakimlər oyundan kənarlaşdırılıb
13:37 12 İyun 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

FİFA Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tailand yığmaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə oyununun qətərli hakimlər briqadasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu qərar BƏƏ Futbol Assosiasiyasının xahişi əsasında verilib. 

İyunun 13-də Banqkokda təşkil olunacaq qarşılaşmaya sinqapurlu hakimlər təyinat alıb. 

Qeyd edək ki, BƏƏ iyunun 5-də Qətərlə diplomatik münasibətləri kəsən ölkələrdən biridir. 2022-ci il dünya çempionatının təşkilatçılarını terrorçulara dəstəkdə ittiham edirlər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR