Sumqayıtda zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlandı

Sumqayıtda zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlandı
13:47 12 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb.

Milli.Az xəbər verir kİ, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən report-a verilən məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyası aşkar edilib.

Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.
Nazirlikdən verilən məlumada bildirilir ki, hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir:

"Onların vəziyyətləri kafidir və yaxın vaxtda evə yazılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir".

Qeyd edək ki, Rotavirus fəsil dəyişkənliyi ilə əlaqədardır, xüsusilə uşaqlarda, immuniteti zəif olan insanlarda bu xəstəliyə rast gəlinir. Rotavirus 48 saatdan az davam edən qızdırma, qusma ilə başlayır. Sulu, əsasən pis qoxu gələn qansız ishal bu əlamətlərə aiddir. Südəmər uşaqlarda qusma, ishal bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzunmüddətli və ağır olur. Bu xəstəlik 5-10 gün müddətində davam edir. Gigiyenik tədbirlər (əlin yuyulması, suyu qaynadaraq içmək) xəstəliyin qarşısını alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR