Rusiyada "Maydan”: Xalq hakimiyyətə etiraz üçün küçələrə AXIŞDI – VİDEO/FOTOLAR

Rusiyada "Maydan”: Xalq hakimiyyətə etiraz üçün küçələrə AXIŞDI – VİDEO/FOTOLAR
14:03 12 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiyanın böyük şəhərlərində müxalifətin Rusiya Gününə uyğunlaşdırılmış mitinqləri keçirilir.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, müxalifət siyasətçisi Aleksey Navalnıy mitinqlərin təşəbbüskarıdır.

Mitinqlərin əsas şüarı korrupsiyaya qarşı mübarizədir. Mitinqlər həmçinin, 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi qeydiyyata alınmaq üçün Navalnıy tərəfindən aparılan kampaniyanın bir hissəsidir.

Qeyd edək ki, mitinq təşkilatçıları Moskvanın Saxarov prospektində razılaşdırılmış mitinqin keçirilməsindən son anda imtina ediblər. Navalnıy tərəfdarlarını Tver meydanına çıxmağa çağırıb. Onun sözlərinə görə, Saxarov prospektində səs və işıq elementlərini qurmaq qeyri-mümkün olub. Hakimiyyət isə Tverdə mitinqin keçirilməsinin qanuna zidd olduğunu elan edib. Burada Rusiya Günü ilə əlaqədar festivalın keçirilməsi proqnozlaşdırılıb.

Eyni zamanda, müxalifət aksiyaların iştirakçılarının tutulması haqqında xəbərlər verməyə başlayıb. Polis Vladivostokda korrupsiyaya qarşı mitinqdə ən azı 11 nəfəri saxlayıb.

Mitinqlərin ölkənin 170 şəhərində keçirilməsi planlaşdırılıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR