"Namiq heç lağa qoyulası adamları lağa qoymur".
Metbuat.az xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan onu lağa qoyan müğənni Namiq Qaraçuxurlu haqda "ATV maqazin onlarla" verilişində deyib:
"Namiq heç lağa qoyulan adamları da lağa qoymur. Onunla yaxın dostuq. O, mənim evimə qonaq gəlir, mən də onun evinə. İnanmıram ki, Namiq mənimlə bağlı nəyisə pis məqsədlə danışsın".
Qeyd edək ki, Namiq Qaraçuxurlu, Elza Seyidcahanın dünyadakı bütün qəribə musiqilərin müəllifi olduğunu iddia etmişdi.
Dilarə Zamanova / Metbuat.az