Türkiyə millisinin üzvü saxlanıldı

Türkiyə millisinin üzvü saxlanıldı
14:05 12 İyun 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin hücumçusu Enes Ünal gözlənilməz hadisə ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gənc forvard ölkəsində polislər tərəfindən saxlanılıb.

Belə ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kosovo ilə səfər qarşılaşmasından bu gün səhər dönən "ay-ulduzlular"da Enes Atatürk hava limanında baş pasport qeydiyyatında saxlanılıb. Polis nəzarətində bir müddət iş saatının başlamasını gözləyən 20 yaşlı forvardın "yoxlama qaçağı" olduğu müəyyənləşib.
 
Milli üzvünə ən qısa müddətdə hərbi komissarlığa getmək tapşırılıb. Daha sonra hava limanından ayrılan Enesin yanında federasiya rəsmilərindən heç kimin olmaması diqqətdən yayınmayıb.
 
Qeyd edək ki, Enes Ünal bu yaxınlarda 14 milyon avro müqabilində "Mançester Siti"dən "Vilyarreal"a keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR