Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı SON XƏBƏR

Səhiyyə Nazirliyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində əhali arasında iyunun 7-dən qeydə alınan mədə-bağırsaq infeksiyası ilə bağlı apardığı laborator müayinələrin nəticəsini açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, uşaqlardan götürülmüş nümunələrin laborator müayinələri nəticəsində xəstələrdə rotavirus aşkar edilib:

"Yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq, infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsinin olduğu ehtimal olunur. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi və zərərsizləşdirilməsi tədbirləri ciddi nəzarətə götürülüb, aparılan laborator müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir". //Trend



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR