Bakı məktəblərini 20124 şagird bitirəcək

Bakı məktəblərini 20124 şagird bitirəcək
14:29 12 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

 

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525, XII sinfini 599 nəfər bitirəcək.

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxtda 45 321 nəfər I sinfi başa vuracaq.

 

Cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 387 373, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 327, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2 603 şagird olmaqla, ümumilikdə 392 303 şagird təhsil alıb.

 

2016-2017-ci tədris ilində məktəbəhazırlıq qruplarını 261 ümumi təhsil məktəbində 839 qrupda 23 130 uşaq bitirib. Növbəti ildən isə 25 000-dən artıq uşağın məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur.

 

I sinfə şagird qəbulu ilə bağlı hazırda elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib ki, onlardan 40 805-i ümumi təhsil məktəblərinə, 3 359 nəfəri isə lisey və gimnaziyalara sorğu yerləşdirib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 165 müəllim fəaliyyət göstərir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR