DYP-nin saxladığı sürücüdən və avtomobildən külli miqadarda narkotik vasitə aşkarlanıb

DYP-nin saxladığı sürücüdən və avtomobildən külli miqadarda narkotik vasitə aşkarlanıb
14:32 12 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hacıqabul rayonu ərazisindəki stasionar postunda saxlanılan sürücüdən və onun avtomobilindən külli miqdarda narkotik vasitə aşkarlanıb.
DİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, DYP əməkdaşları tərəfindən "Opel" markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Posta yaxınlaşan sürücü əlindəki bükülünü avtomaşının açıq pəncərəsindən yolun kənarına atıb. DYP əməkdaşları tərəfindən bu barədə dərhal Hacıqabul Rayon Polis Şöbəsinə məlumat verilib.
Sənədlər yoxlanılan müddətdə əməliyyat-istintaq qrupu hadisə yerinə gəlib. Hadisə yerinə baxış keçirilərkən sürücünün yol kənarına atdığı, içərisində bükülülər olan bağlama tapılaraq götürülüb və ekspertizaya təqdim olunub. Ekspertiza həmin bağlamadakının ümumi çəkisi 1,574 qram narkotik vasitə olan heroin olması barədə rəy verib.
Hacıqabul RPŞ-yə gətirilən həmin şəxsin Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Ağamalıyev olduğu müəyyən edilib. Ona məxsus avtomobilə baxış keçirilərkən saxlanc yerindən əlavə olaraq 1 kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/dyp-nin-saxladigi-surucuden-ve-avtomobilden-kulli-miqadarda-narkotik-vasite-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR