Avtomobil ağaca çırpıldı: iki qadın xəstəxanaya yerləşdirildi

Avtomobil ağaca çırpıldı:  iki qadın xəstəxanaya yerləşdirildi
14:32 12 İyun 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə iyunun 12-də səhər saatlarında rayonun Əyyublu kəndi ərazisində baş verib.

Əyyublu kənd sakinləri, 1975-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Fəzail qızı və 1968-ci il təvəllüdlü İsmayılova Ceyran Həsən qızının sərnişin qismində getdiyi "VAZ" markalı avtomobil kənd ərazisində idarəetməni itirərək yoldan çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, xəsarət alan qadınlar əkin sahəsinə gedirmiş.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR