Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik
14:33 12 İyun 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 11-dən 25-dək on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.

“Azərbaycan Dəmir Yolları”QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Publika.az-a açıqlamasında bildirib ki, sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq bir daha bununla bağlı xəbərdarlıq etdiklərini deyib.

Dəyişikliyə səbəb Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri, 27,5 kV dəyişən cərəyanlı kontakt şəbəkəsi asqısının dəyişdirilməsi üçün kontakt şəbəkəsindən İMB və uzununa 10 kV xətlərindən gərginliyin tam çıxarılması, torpaqlanmasıdır.

Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-30-da yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-də, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca, www.ady.az saytından əldə edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/202282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR