Qısamüddətli notlar qeydiyyata alındı

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 1 milyon ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100157S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Metbuat.az-a verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.

MBNP tərəfindən həmçinin 26 may 2017-ci il tarixində Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 57S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR