Aİ-nin komissarı Yohannes Han Bakıya səfər edəcək

Aİ-nin komissarı Yohannes Han Bakıya səfər edəcək
14:55 12 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar prosesində iştirak etmək üçün Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han iyunun 15-də Bakıya səfər edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, estoniyalı həmkarı ilə görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı məsələləri müzakirə olunub:

“Hesab edirik ki, biz Aİ ilə danışıqlar prosesinin sürətlənməsi üçün düzgün yoldayıq və uğur qazanacağımıza ümid edirik”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2765648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR