“Muğansutikinti”nin səhmlərinin 99%-i investisiya müsabiqəsinə çıxarılıb

“Muğansutikinti”nin səhmlərinin 99%-i investisiya müsabiqəsinə çıxarılıb
15:02 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Sabirabad rayonunun Qalaqayın kəndində yerləşən “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
“Report” Komitəyə istinadən xəbər verir ki, müsabiqə müəssisənin səhmlərinin 99,07%-nin satışını nəzərdə tutur.
Söhbət hər birinin nominal dəyəri 2 manat olan 325 036 ədəd səhmdən gedir.
“Muğansutikinti” 1969-cu ildə istismara verilib. Ekoloji vəziyyəti qənaətbəxş olan səhmdar cəmiyyətdə 174 nəfər çalışır. Müəssisənin öhdəlikləri 438 352 manat, o cümlədən dövlət büdcəsinə olan borcları 5 052 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcları 26 000 manat, sair borcları isə 407 300 manatdır. Əmək haqqı və yaxud ona bərabər tutulan borclar, eləcə də debitor borclar yoxdur.
İnvestisiya müsabiqəsində yerli hüquqi və fiziki şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. Müsabiqənin qalibi ümumi dəyəri 500 min manatdan az olmayan investisiya proqramı təqdim etməli, alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 gün müddətində təklif olunan investisiyanın 5%-ni səhmdar cəmiyyətinin hesabına, 400 min manat isə dövlət büdcəsinə köçürməli, müəssisənin büdcəyə olan borclarını ödəməli, 50-dən az olmayaraq yeni iş yeri yaratmalı, 30 gün ərzində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətə 2 933 manat ödəniş etməlidir.
İddiaçılardan ərizə və təkliflər iyulun 13-nə qədər ƏMDK-nın inzibati binasında (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 ünvanında) qəbul edilir. Təkliflərin qiymətləndirilməsi iyulun 14-də, saat 12:00-da qeyd olunan ünvanda həyata keçirləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/mugansutikinti-nin-sehmlerinin-99-i-investisiya-musabiqesine-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR