XİN başçısı: "Azərbaycan substantiv danışıqlar aparılmasını istəyir"

XİN başçısı: "Azərbaycan substantiv danışıqlar aparılmasını istəyir"
15:07 12 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ "Status-kvonu dəyişməyin vaxtı çatıb. Status-kvonun davam edəcəyi təqdirdə bunun bütün region üçün nə ilə nəticələnəcəyini hamı bilir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikser ilə görüşdən sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən deyib.
"Azərbaycanın mövqeyi olduğu kimi qalır. Biz substantiv danışıqlar aparılmasını istəyirik", - Azərbaycan XİN başçısı bildirib.
O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyunun 19-da Bakıya səfər edəcəklərini, Azərbaycan prezidenti və XİN başçısı ilə görüşlər keçirəcəklərini, bugümlərdə isə Yerevanda olduqlarını xatırladıb.
Onun sözlərinə görə, həmsədrlərin Ermənistana səfərdən sonra Bakıya hansı mesaj ilə gələcəyini nəzərə almaq lazımdır.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/xi-n-bascisi-azerbaycan-substantiv-danisiqlar-aparilmasini-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR