NIKOIL | Bankın debet kartını sifariş edin və vəsaitləri komissiyasız nağdlaşdırın

NIKOIL | Bankın debet kartını sifariş edin və vəsaitləri komissiyasız nağdlaşdırın
15:08 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

NIKOIL | Bank öz bankomatlar və pos-terminal şəbəkələrində debet kartlarından nağd pulun çıxarılması üçün komissiyaların ləğv etmə üzrə aksiyanın müddətini uzadıb.

Bankdan Trend-ə verilən məlumata görə, növündən və dəyərindən asılı olmayaraq, debet plasik kartlartın bütün sahibləri müasir ödəniş vasitəsinə malik olmaqla yanaşı, komissiyalara görə 100% endirim qazanacaqlar! Göstərilən şərtlər həm mövcud, həm də yeni müştərilər üçün keçərlidir. Bu gün NIKOIL | Bank-ın plastik kartlar üzrə məhsul xəttində Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard və MasterCard Gold kimi plastik kartlar təqdim olunur. Qeyd edək ki, Visa Platinum kartını əldə edən müştəriyə Priority Pass kartı hədiyyə edilir. Bu kart vasitəsilə dünyanın istənilən hava limanlarının VİP istirahət məkanlarından sərbəst istifadə etmək mümkündür.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2765666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR