Özündən 10 kiçik futbolçu ilə sevgili olan Şakiranın fərqli stili - FOTOLAR

Özündən 10 kiçik futbolçu ilə sevgili olan Şakiranın fərqli stili - FOTOLAR
15:08 12 İyun 2017
137 Şou
Ölkə mətbuatı
A- A+

Futbolçu Jerar Pikenin 39 yaşlı sevgilisi, müğənni Şakira oğulları Milan və Saşa ilə birlikdə Mayami hava limanındakı təhlükəsizlik nəzarətindən keçən zaman görüntülənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qapalı məkanda da günəş eynəyini çıxarmayan, amma ona müraciət edənlərə gülümsəyərək cavab verən Şakira iki oğlunun əlini bir an olsun buraxmayıb. Populyar ifaçını oğullarının dayəsi də müşayiət edib, lakin Pike gözə dəyməyib.

Dünya şöhrtəli ulduzun 80-cı illərdə çox dəbdə olan qarın çantası və isti havada hündürdaban, dəri çəkmə geyinməsi diqqətlərdən qaçmayıb. Şakira özü və uşaqları üçün hava limanında lazım olan bütün sənədləri bu çantaya yerləşdirib. Hava limanından çıxdıqdan sonra Şakira övladları ilə avtomobilinə minərək oradan uzaqlaşıb.

Şakiranın daim hündürdabanlı ayaqqabı geyinməsi boyunun kiçik olması ilə bağlıdır. Sevgilisindən 11 yaş böyük olan Şakira Pike arasındakı kəskin boy fərqini hündürdaban ayaqqabıların sayəsində gizlətməyə çalışır. Pikenin boyu 1.94 sm, Şakira isə 1.55 sm-dir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/202285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR