Sumqayıtda polis rəisinin otağında dava düşüb

Sumqayıtda polis rəisinin otağında dava düşüb
15:12 12 İyun 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda dələduzluqda təqsirləndirilən şəxslə zərərçəkən arasında əlbəyaxa dava düşüb.
"Report"un xəbərinə görə, hadisə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Füzuli Əhmədovun xidməti otağında baş verib.
Belə ki, dələduzluqda təqsirləndirilərək barəsində cinayət işi başlanılmış Məharət Əliyevlə zərəçəkmiş Almara Qəşədərova arasında əlbəyaxa dava olub. Hadisə nəticəsində hər iki şəxs bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-polis-reisinin-otaginda-dava-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR