Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21 Lancer” qəzaya uğrayıb

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21 Lancer” qəzaya uğrayıb
15:17 12 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21 Lancer” təyyarəsi ölkənin cənubundakı Konstantsa rayonunda qəzaya uğrayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə Bolqarıstan Hərbi Hava Qüvvələri ilə birlikdə keçirilən təlim uçuşu zamanı baş verib.
Təyyarənin pilotu katapult edərək sağ qalıb. Onu xəstəxanaya onurğa sütunun zədəsi diaqnozu ilə yerləşdiriblər.
Faktla bağlı hərbi prokurorluq araşdıma aparır. 
Rumıniya Hərbi Hava Qüvvələri Qərargahının rəisi məsələ ilə bağlı yaradılan xüsusi komissiyanın rəhbəri təyin olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ruminiya-herbi-hava-quvvelerine-mexsus-miq-21-lancer-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR