"Fənərbağça" "Lion"un futbolçusunu transfer edib

"Fənərbağça" "Lion"un futbolçusunu transfer edib
15:27 12 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu Fransa "Lion"u ilə futbolçu Matyö Valbuenanın transferinə dair ilkin razılıq əldə edib.
"Report"un "sarı-lacivərdlilər"in rəsmi saytına istinadən verdiyi məlumata görə, rəsmi müqavilə transfer pəncərəsinin açılacağı iyunun 17-dən sonra imzalanacaq. Cinah hücumçusu mövqeyində və hücumçuların arxasında oynamağı bacaran 32 yaşlı oyunçu ilə müqavilənin müddəti və transfer məbləği hələlik açıqlanmır.
Qeyd edək ki, Matyö Valbuena 2016-2017 mövsümündə 9 qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fenerbagca-lion-un-futbolcusunu-transfer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR