"Qarabağ"ın keçmiş hücumçusu İsveç millisində

"Qarabağ"ın keçmiş hücumçusu İsveç millisində
15:27 12 İyun 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"dan ayrıldıqdan sonra özünü Hollandiya çempionatında göstərməyi bacaran və bombardirlər sırasında yer alan Samuel Atmenteros İsveç millisinə çağrılıb.


Fanat.Az xəbər verir ki, İsveç millisinin məşqçilər korpusu Fransa üzərindəki qələbədən sonra əsas heyətin əksər üzvlərini istirahətə göndəriblər. Sabah keçiriləcək yoxlama oyununda komandanın rəqibi Norveç yığmasıdı.


"Herakles"in üzvü Armenteros bu oyunda özünü sübut etməyə çalışacaq.


Xatırladaq ki, hücumçu "Qarabağ"da 2015/16 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-kecmi-hucumcusu-svec-millisind-t58656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR