Azərbaycanlı müğənninin dəbdəbəli evi - "O müğənnilər oxuyanda televizoru söndürürəm" - VİDEO - FOTO

Azərbaycanlı müğənninin dəbdəbəli evi - "O müğənnilər oxuyanda televizoru söndürürəm" -  VİDEO - FOTO
15:37 12 İyun 2017
190 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Evgördü" verilişinə qonaq olan müğənni Orxan Babazadə maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, sənət dostu ilə aralarında yaranan mübahisədən bəhs edib: 

"Yaşarla mübahisəmiz düşmüşdü. Pul söhbəti olmuşdu aramızda. Xoşlamıram ki, kimsə maddiyatımdan, pulumdan danışsın. Yaşar da maddiyatımdan danışdı, mən də əsəbləşdim. Sonra barışdıq, əsəbim keçdi. Münasibətimiz normaldır hazırda".

Orxan Babazadə sənətə hobbi olaraq baxdığını bildirdi: 

"Sponsorum yoxdur, atam dəstək olur. Öz biznesim var, həm oradan, həm buradan gəlir. Ona görə də biznesimə də fikr verirəm".

Müğənni hansı ifaçıları bəyənib, hansıları bəyənmədiyini söylədi: "Zamiqi çox bəyənirəm. Qəşəng ifası var. Sənət dostlarımın hamsına qulaq asıram. Yaxşı oxuyanlar da var, oxumayanlar da. O qədər oxuya bilməyənlər var ki... Onlar oxuyanda televizoru söndürürəm".

Verilişdə xalq artisti Alim Qasımov da gənc müğənninin evində qonaq olub.

Orxan Babazadənin dəbdəbəli evindən olan görüntüləri təqdim edirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/553606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR