Astanada Transxəzər Nəqliyyat Assosiasiyasının iclası keçiriləcək

Astanada Transxəzər Nəqliyyat Assosiasiyasının iclası keçiriləcək
16:07 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 13-də Qazaxıstanın paytaxtı Astana şəhərində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” beynəlxalq assosiasiyasının (TBNM) təsisçilərinin iclası keçiriləcək.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (AXDG) QSC-nin mətbuat katibi Mehman Mehdiyevin "Report"a verdiyi məlumata görə, tədbirə işçi qrupuna üzv ölkələrin dəniz və dəmiryolu nəqliyyatı qurumları, dəniz limanlarının rəhbərləri qatılacaqlar.
Tədbirdə AXDG-nin də nümayəndəsi iştirak edəcək. Toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, nəqliyyat əlaqələrinin səmərəsinin yüksəldilməsi, marşrutun inkişaf etdirilməsi, qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkili və s. əhəmiyyətli məsələlərlə bağlı müzakirələr aparılacaq.
Müzakirələrin yekununda protokol imzalanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/astanada-transxezer-neqliyyat-assosiasiyasinin-iclasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR