"Barselona"nın transfer edəcəyi 3 ulduz - 120 milyon büdcə

"Barselona"nın transfer edəcəyi 3 ulduz -   120 milyon büdcə
16:07 12 İyun 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" transfer çalışmalarını davam etdirir. Fanat.Az xəbər verir ki, ötən yay transferə 120 milyon xərcləyən Kataloniya klubu uğursuz mövsümün ardından heyətini gücləndirmək niyyətindədi və bu yay sadəcə 3 futbolçuya bu məbləği sərf etmək istəyir.


"Barselona" Marko Verratti, Hektor Bellerin və Osman Dembele üçün 120 milyon avro ayırıb. Klubun idman direktoru Robert Fernandes yarımmüdafiə xəttində 33 yaşlı Andres İnyestanı lazımınca əvəzləyəcək PSÖJ-dən Marko Verrattinin transferi üçün bütün imkanlarını səfərbər etdiklərini bildirib. Fransa klubu futbolçusunu satmaq istəməsə də, onun "Barselona"da oynamaq istəyi kataloniyalıları ümidləndirir.


Kataloniya klubunun hədəfindəki digər futbolçu Hektor Bellerini də "Arsenal" satmaq istəmir. Amma ispan futbolçu yetirməsi olduğu kluba dönmək istəyir və bu ingilisləri onun gedişinə razılıq verməyə məcbur edə bilər. La Liqa klubu Arda Turanı və bir qədər pul verməklə bu transferi bitirmək istəyir.


Hədəfdəki üçüncü futbolçu Osman Dembeledi. 20 yaşlı fransız futbolçu ötən yay "Renn"dən Dortmund "Borussiya"sına 15 milyon avroya transfer olunmuşdu. Marko Reusun zədələnməsindən sonra almanlar onu satmaq istəməsə də, "Barselona"nın cəlbedici təklifi onları fikrindən daşındıra bilər.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotnn-transfer-edcyi-3-ulduz-t58657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR