"Azercell" İT-bazarın inkişafında öz iştirakını davam etdirir

"Azercell" İT-bazarın inkişafında öz iştirakını davam etdirir
16:15 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Azercell Telekom" MMC-nin növbəti dəfə dəstək verdiyi “NETTY 2017” - Azərbaycan Milli İnternet Mükafatının qalibləri açıqlanıb.

13-cü dəfə baş tutan və Azercell-in əsas partnyoru olduğu “NETTY-2017” - Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Təntənəli mükafatlandırma mərasimində ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. Ölkədə informasiya texnologiyaları sahəsinin tanınmış nümayəndələrindən ibarət NETTY Akademiyası qalibləri müsabiqədə iştirak edən 117 layihə və resurs içərisindən seçib.

Müsabiqə çərçivəsində “Azərbaycan”, “Dövlət saytı”, “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis sayt”, “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt”, “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi” nominasiyaları üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkilib, fəxri nominasiyalar (“İlin proqramı”, “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi” və “İlin İT hadisəsi”) üzrə mükafatlar verilib.

Azercell Telecom MMC-nin Barama Mərkəzinin rezidenti olan “Green Baku” layihəsi “NETTY-2017” Azərbaycan Milli İnternet Mükafatının qaliblərindən biri olub. Belə ki, “Green Baku” - Ekoloji dəftərxana məhsullarını təqdim edən startupın təqdim etdiyi www.greenbaku.az saytı "Cəmiyyət" nominasiyasının ən uğurlu layihəsi seçilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2765715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR