Azərbaycanda idxal əti 19% bahalaşıb

Azərbaycanda idxal əti 19% bahalaşıb
16:17 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 29,447 mln. ABŞ dolları dəyərində 19 965 ton ət idxal olunub. Yəni, idxal olunan 1 kq ətin orta qiyməti 1,48 dollar təşkil edib.
"Report" bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2016-cı ilin müvafiq dövründə isə ölkəyə 10,106 mln. dollar dəyərində 8 132 ton ət idxalı həyata keçirilib. Bu isə həmin müddətdə 1 kq üçün orta qiymətin 1,24 dollar olması deməkdir. Beləliklə, idxal ətin qiymətində illik 19,4% artım müşahidə olunub.
Qeyd edək ki, 2017-ci ilin ilk beş ayında ölkəyə cəmi idxalın 1,05%-ni ət təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-idxal-eti-19-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR